Yuri Maksimov: "Onların ustalıq səviyyəsinin aşağı olması sözünü dedi"

Topaz Premyer Liqasında XVII turun “Keşlə” – “Sumqayıt” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yuri Maksimov jurnalistlərin suallarını cavablandırdı

 

Sportal.az xəbər verir ki, ukraynalı çalışdırıcı əvvəlcə matç barədə fikirlərini bildirdi:

 

- Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Əvəzetmələrdən gənc futboluları meydana buraxdıq. Amma onlar hazır deyildilər. “Sumqayıt” bu gün güclü idi. Bəzi futbolçularımız 90 dəqiqə oynamağa hazır deyildilər. Səhvlərimiz oldu. Amma komanda mübarizə apardı.

 

- Kubokda da “Sumqayıt”la qarşılaşacaqsız. Bugünkü oyuna həmin matçı da nəzərə alaraqmı baxırdız?
- Biz rəqibi analiz edib, öyrənirdik. Çalışırdıq, səhv etməyək. Reallıq bundan ibarətdi ki, “Sumqayıt” bizdən güclüdü.

 

- Komandanız hansı komponentlərdə rəqibə uduzdu?
- Futbolçuların bəziləri qızdırmalı idi. Buna görə çətin oldu. Slavik, Məqsəd, Pərdisdə belə problem var idi. Onlar komandaya kömək etmək istəyirdilər. Hardasa alındı. Bəzi gəncləri meydana buraxdıq. Onların ustalıq səviyyəsinin aşağı olması sözünü dedi. Biz gördük ki, hələ belə vacib oyunlara hazır deyillər. Xüsusilə vəzləmələr problem yaratdı.

 

- Gördüklərimizə əsasən deyə bilərik ki, Ebrima Sohna bura gələnə qədər sanki futbolla yox, başqa idman növü ilə məşğul olub...
- Oyunçuların bir çoxu 4 aylıq gəlmək istəmədi. Hər halda, Sohna top qəbul edib, ötürmə edə bilir.

Tarix: 25 Fevral [17:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Sentyabr 2018
22  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio