Şehiç 562 dəqiqədi qol buraxmır

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Topaz Premyer Liqasındakı quru oyunlar seriyasını 6-ya çatdırıb. 

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, 17-ci turun “Kəpəz”lə ev matçında (1:0) da qapısını toxunulmaz saxlayan bosniya və herseqovinalı sonuncu dəfə 9-cu turda qol buraxıb. 

 

O, 2017-ci il oktyabrın 22-də keçirilən “Qəbələ” ilə qarşılaşmanın (0:1) 8-ci dəqiqəsində Asif Məmmədovun fərqlənməsinə mane ola bilməyib. Həmin qoldan sonra Şehiç meydanda olduğu matçlarda uğurlu seriyaya imza atıb. Ötən il “Səbail” (1:0), “Kəpəz” (2:0) və 30-cu dəqiqəsində qırmızı vərəqə aldığı “Sumqayıt”la (2:0), mövsümün ikinci yarısında isə “Qəbələ” (0:0), “Səbail” (1:0), “Kəpəz”lə görüşlərdə top buraxmayan İbrahimin quru seriyası 562-yə dəqiqəyə çatıb.

Tarix: 26 Fevral [14:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2018
13  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio