Röyal Nəcəfov "Ağrıspor"u məğlubiyyətdən xilas etdi

14:42 - 26 Fevral 2018

Türkiyə BAL Liqasında 17-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Röyal Nəcəfovun çıxış etdiyi "Ağrıspor" doğma meydanda ən "Silopispor"u qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
 
Röyal Nəcəfov bu matça start heyətdə başlayıb. O, 96-cı dəqiqədə vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib. Bununla da təcrübəli forvard Türkiyədə vurduğu qolların sayını 14-ə çatdırıb.
 
Bu nəticədən sonra xallarını 45-ə yüksəldən "Ağrıspor" liderliyini davam etdirir. Ağrı təmsilçisi çempionatın bitməyinə 4 tur qalmış ikinci pillədəki "Batman Bələdiyəspor"u 7 xal qabaqlayır.

Xəbər xətti