Millimiz Ukrayna ilə "sülh" bağladı

16:51 - 17 Mart 2018

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Ukraynada təlim-məşq toplanışında olan millimiz bu ölkənin müvafiq yaş qrupundan olan komandası ilə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Komandamız martın 14-də də eyni rəqiblə üz-üzə gəlmişdi. Həmin oyunda meydan sahibləri 4:1 hesablı qələbə qazanmışdılar.

Xəbər xətti