"Qriqorçukun "Astana"nı qəbul etmək şansı çoxdur"

17:32 - 17 Mart 2018

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun adı Qazaxıstanın "Astana" klubuyla hallanmaqda davam edir.

 

Sportal.az xəbər verir ki, "Astana"nın baş məşqçisi Stanimir Stoilov Qazaxıstan millisinin "sükanı arxasına" keçdikdən sonra bu vəzifə boş qalıb. Bu yerə əsas namizdə isə "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçukdur. Qazaxıstanlı futbol agenti olan Sergey Novikov sports.kz-a açıqlamasında ukraynalı mütəxəssisin "Astana"ya gəlmək varinatı haqda danışıb:

 

"Fikrimcə, "Astana"da dəyişikliklır baş verməlidir. Hazırda bu komanda üçün ən yaxşı variant Roman Qriqorçukdur. Onun fəlsəfəsi Stoilovla eynidir. Bənzərlikləri çoxdur. Qriqorçuk sərt, tələbkar və olduqca maraqlı mütəxəssisdir. Ukraynada "Çernomerts"lə uğurlar əldə edib. "Qəbələ"də də əla işlər görür. Onun "Astana"nı qəbul etmək şansı çoxdur".

 

Qeyd edək ki, Roman Qriqorçuk 2015-ci ildən "Qəbələ"ni çalışdır və bu müddət ərzində "qırmızı-qaralar"ı iki dəfə Avropa Liqasının qrup mərhələsinə daşıyıb.

Xəbər xətti