Ruslan Abışov: "Baş məşqçinin istədiklərini tam olaraq meydanda göstərə bilmirik"

12:12 - 24 Mart 2018

"Yenilənmiş komanda ilə doğma meydanda ilk oyunumuz idi. Qələbə qazanmaq istəyirdik".

 

Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın müdafiəçisi Ruslan Abışov deyib. "Neftçi"nin kapitanı yığmamızın Belarusa məğlub olduğu (0:1) yoldaşlıq oyununu dəyərləndirib:

 

"Düşünürəm ki, pis oynamadıq. Sadəcə, bəxtsiz bir qol buraxdıq. Nəzərə alsaq ki, yenidən qurulan komandayıq, hələ də baş məşqçinin istədiklərini tam olaraq meydanda göstərə bilmirik. Amma düşünürəm ki, oyundan-oyuna daha yaxşı olacaq. Çünki getdikcə oyunçular da başa düşür ki, məşqçi onlardan nə istəyir. Bütün yoldaşlıq oyunları əslində Millətlər Liqasına hazırlıqdı. Bilirik ki, ordakı rəqiblərimiz də bizə qarşı müdafiədən oynayacaqlar. Biz da ona uyğun hazırlaşırıq". 

 

Abışov milliyə yeni qoşulan oyunçulardan danışıb: "Milliyə dəvət alan oyunçular hamısı buna layiq idilər. Konkret nəsə demək istəmirəm, düşünürəm ki, hər biri komandanı gücləndirmək iqtidarında olan futbolçulardı". 

 

Təcrübəli futbolçu buraxılan qoldan söz açb: "Çox bəxtsiz bir vəziyyət idi. İlk hissənin sonlarında kuryoz qol buraxdıq. Əsas odur ki, belə oyunlardan nəticə çıxardaq".

Xəbər xətti