Əfsanəvi futbolçu: "Salahın səviyyəsində yalnız Messi və Ronaldo var"

15:44 - 30 Mart 2018

"Liverpul"un əfsanəvi futbolçusu Yan Raş açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 56 yaşlı sabiq hücumçu keçmiş komandasının ulduz futbolçusu Məhəmməd Salahla bağlı danışıb. Uelsli mütəxəssis Misir millisinin üzvünü özünə bənzədib:

 

"Məhəmməd Salahın necə fantastik, möhtəşəmişlər gördüyü göz qarşısındadır. Salah mənə bir az özümü xatırladır. Nadir istedadlardan biridir. Hər məşqçi və komanda onu kimi futbolçunu heyətində görməyi arzulayır. Şanslıyam ki, ikimiz də eyni tərəfdənik".

 

Raş Salahın Kriştiano Ronaldo və Lionel Messiylə eyni səviyyədə olduğunu vurğulayıb:

 

"Salahın etdikləri inanılmazdır. Hazırda onun səviyyəsində yalnız Messi və Ronaldo var".

 

Qeyd edək ki, Salah bu mövsüm Premyer Liqada 30 oyuna 28 qol vurub və çempionatın bombardiridir.

Xəbər xətti