Rövlan Muradovlu "Slaviya"dan darmadağın

23:54 - 16 Aprel 2018

Futbol üzrə Çexiya gənclər liqasında pley-off mərhələsinin ikinci turunun oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Rövlan Muradovun çıxış etdiyi "Slaviya" doğma meydanda "Siqma"nı qəbul edib. Görüş meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Millimizin futbolçusu bu görüşün iştirakçısı olub və 90 dəqiqə mübarizə aparıb. Özünü ən yaxşı tərəfdən göstərməyi bacaran "Qəbələ Futbol Akademiyası"nın yetirməsi komandasının ikinci və sonuncu qolunun ötürməsini verib.

 

Qeyd edək ki, Rövlan Muradov ötən tur "Bohemians"la görüşdə iki qolla yadda qalıb.

Xəbər xətti