"Kəpəz"in legioneri 10-a çatdı

“Kəpəz”in futbolçusu Dario Federiko Topaz Premyer Liqasında qol sayını 10-a çatdırıb. 

 

Sportal.az xəbər verir ki, 24-cü turun “Səbail”lə səfər oyununda (1:1) hesabı açan braziliyalı cari mövsümdə 3-cü dəfə fərqlənib və Azərbaycan çempionatlarında ümumi qol sayında yubiley qeyd edib. O, 10-cu qolunu Premyer Liqadakı 43-cü matçda rəqib qapısından keçirib. 2015/16 mövsümündə 12 oyunda 3, 2016/17 mövsümündə 22 qarşılaşmada 4 dəfə qol sevinci yaşayan hücumçu cari çempionatda 9-cu matçında 3-cü uğuruna sevinib.

 

Bununla da Federiko “Kəpəz”in tarixində Azərbaycan çempionatlarında 10 və daha çox qol vuran 27-ci futbolçu, 6-cı legioner olub.

Tarix: 23 Aprel [10:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 İyul 2018
21  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio