2018-ci il dünya çempionatına gedəcək komandaları tanıyaq: Panama

14:14 - 25 Aprel 2018

İyunun 14-də Rusiyada dünya çempionatına start veriləcək. Mundial şimal qonşularımızın 11 şəhərində baş tutacaq.

 

Turnirdə çıxış edən Panama millisiylə sizi qısa şəkildə tanış edirik.

 

Image result for panama world cup 2018

 

Panama mundialda hansı qrupda qərarlaşıb?

 

Panama 2018-ci il dünya kubokunda G qrupunda İngiltərə, Belçika və Tunislə yarışacaq.

 

Related image

 

Panamanın dünya kubokundakı oyunlarının tarixi:

 

18 iyun.     19:00. Soçi. Belçika – Panama
24 iyun.     16:00. Nijni Novqorod. İngiltərə – Panama
28 iyun.     22:00. Saransk. Panama – Tunis

 

Baş məşqçi: Ernan Dario Qomes

 

Image result for hernan dario gomez

 

Karyerası ərzində Kolumbiya, Ekvador və Qvatemala kimi millilərdə işləyən 62 yaşlı mütəxəssis Panamanın "sükanı arxası"na 2014-cü ildə keçib. Qomes futbol tarixində dünya kuboku turnirlərində üç fərqli komandanı çalışdıracaq ikinci məşqçi olacaq (Kolumbiya-1998; Ekvador-2002; Panama-2018).

 

Ulduz oyunçu: Qabriel Torres

 

Image result for gabriel torres panama

 

Panama yığmasında seçmə mərhələ oyunlarındakı performansıyla komandanın ən çox qol vuran futbolçusu Qabriel Torres diqqətləri üzərinə çəkmişdi.

 

Panamanın dünya çempionatında ehtimal 11-liyi.

 

 

Panama neçə dəfə dünya kubukunda iştirak edib?

 

Panama tarixində ilk dəfə dünya kubokunda iştirak edəcək.

Xəbər xətti