"Sumqayıt" "Kəpəz"lə oyuna itki ilə hazırlaşır

Ötən tur “Səbail”lə qarşılaşan “Sumqayıt” istirahətin ardından “Kəpəz”lə qarşılaşmanın hazırlıqlarına start verib. 

 

Sportal.az xəbər verir ki, Samir Abasovun komandası “Kapital Bank Arena”da məşqə çıxıb. Zədəsi olan Rəşad Eyyubov məşq prosesində iştirak etməyib. Hazırlıq ərzində müxtəlif toplu çalışmalar edilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.

 

Qeyd edək ki, “Kəpəz” – “Sumqayıt” qarşılaşması 4 may, saat 16:00-da Gəncə Şəhər Stadionunda keçiriləcək.

Tarix: 2 May [15:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 May 2018
23  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio