Vyana “Qarabağ”ı 3 xalı 4 qolla qazandı

18:34 - 2 May 2018

Avstriyanın Şərq Regional Liqasında 30-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı da səfərdə “Vyana Sportklub”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 4:2.

 

Emil bu görüşün iştirakçısı olmayıb. Elvinlə Dmitri isə start heyətdə meydana və sonadək oynayıblar. Bədəlov sarı vərəqə ilə də cəzalanıb.

 

“Qarabağ” hazırda 47 xalla 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti