“Qəbələ”nin 3 komandası yarımfinalda

10:56 - 11 May 2018

AFFA-nın aşağı yaş qrupları üzrə komandalar arasında keçirdiyi liqalarda növbəti oyunlar keçirilib.

 

Sportal.az xəbər verir ki, U-14, U-13, U-12, U-11 və U-10 liqalarında isə final mərhələsi davam edir. “Qəbələ”nin bu yaş qruplarından olan komandaları 1/4 finalın cavab oyunlarında qüvvələrini sınayıblar. Klubun 5 komandasından üçü yarımfinala yüksəlib.

 

Öz meydanında “Neftçi” ilə qarşılaşan U-14 heç-heçə ilə kifayətlənib – 1:1. İlk görüşdə 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar” mübarizəni dayandırıb.

 

U-13 “Sumqayıt”la səfər oyununda 2:3 hesabı ilə uduzub. İlk qarşılaşmadakı 4:0 hesablı qələbə “Qəbələ”ni yarımfinala daşıyıb. Komandanın bu mərhələdəki rəqibi “Səbail” olacaq.

 

U-12 səfərdə “Sumqayıt”la məhsuldar heç-heçə edib – 3:3. İlk görüşdə 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar” yarımfinala yüksələ bilməyib.

 

Rəqib meydanında “Sumqayıtspor”la qolsuz heç-heçə edən U-11 ilk matçdakı 3:1 hesablı qələbə sayəsində 1/4 final səddini adlayıb. “Qəbələ” yarımfinalda “Neftçi” ilə görüşəcək.

 

U-10 evdə “Zirə”yə 2:3 hesabı ilə uduzub. İlk matçda əldə olunan 2:0 hesablı qələbə “qırmızı-qaralar”ın yarımfinala vəsiqə qazanması üçün kifayət edib. Bu mərhələdə “Qəbələ” “Vətən” RİOEUGFM ilə üz-üzə gələcək.

Xəbər xətti