Salah mövsümün ən yaxşı futbolçusu seçildi

18:18 - 13 May 2018

İngiltərə Premyer Liqasında 2017/2018 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, “Liverpul”un futbolçusu Məhəmməd Salah mövsümün ən yaxşısı seçilib. Misirli vinger xüsusi mütəxəssislər qrupu, Premyer Liqa klublarının kapitanları və azarkeşlər arasında keçirilən səsvermədə bu ada layiq görülüb.

 

25 yaşlı ulduz bundan öncə İngiltərə Futbol Yazarları Assosiasiyası və İngiltərə Peşəkar Futbolçular Assosiasiyası tərəfindən mövsümün ən yaxşı futbolçusu seçilmişdi.

Xəbər xətti