Avropa Liqasının final oyunu keçirilir

10:34 - 16 May 2018

Bu gün Avropa Liqasının qalibi bəlli olacaq.

 

Sportal.az xəbər verir ki, finalda Madrid “Atletiko”su və “Marsel” üz-üzə gələcək. Qarşılaşma Fransanın Lion şəhərində baş tutacaq.

 

“Atletiko” 2009/2010 və 2011/12 mövsümündə Avropa Liqasının qalibi olub.

 

“Marsel” avrokuboklarda sonuncu dəfə 25 il əvvəl çempionluq sevinci yaşayıb.

 

UEFA Avropa Liqası

Final

16 may

 

22:45. “Marsel” (Fransa) - “Atletiko” (İspaniya)
Baş hakim:
Byörn Kuypers (Hollandiya)
Lion, “Park Olimpik Lion”

Xəbər xətti