"Atletiko"nun futbolçusu "Qarabağ"la görüşləri yada saldı

Madrid "Atletiko"sunun futbolçusu Stefan Saviç açıqlama verib.

 

Sportal.az xəbər verir ki, monteneqrolu müdafiəçi Avropa Liqasında çempion olmaqlarından və ÇL-də "Qarabağ"a qarşı keçirdikləri matçları yada salıb:

 

"Çempionlar Liqasında qrupdan çıxa bilməməyimiz həqiqətə də hər kəs üçün böyük sürpriz oldu. O dövrdə biz pis vəziyyətdə idik, "Qarabağ"ı hər iki görüşdə yenə bilməmişdik. Bundan sonra Avropa Liqasında oynamaq kədərli görünürdü. Lakin sonda hamımız topalanaraq, finala yüksəldikdə, bunun nə olduğunu gördük. Çempionlar Liqasının 1/8 final və ya 1/4 final mərhələlərində oynamaqdansa, Avroliqanın qalibi olmaq bəlkə də daha yaxşıdır. Qrupdan çıxmağa layiq idik. Bu, "Çelsi" və "Roma" ilə matçlarda özünü göstərdi. Hər iki komandadan üstün idik. Amma "Qarabağ"la görüşlər bizə Avropa Liqasına keçid bahasına başa gəldi. Düşünürəm ki, gələn mövsüm biz Avropa futbolunun ən yüksək zirvəsinə qayıdacaq".

 

Qeyd edək ki, "hindular" "Marsel"i 3:0 hesabıyla məğlub edərək 3-cü dəfə Avropa Liqasının qalibi olub.

Tarix: 19 May [16:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyun 2018
22  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio