"İnter"dən 30 milyon avroluq transfer

16:18 - 26 May 2018

İtaliya A Seriyasında mövsümü 4-cü pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazanan "İnter" növbəti trasnferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, Milan təmsilçisi Argentinanın "Rasinq" klubundan Lautoro Martinesi transfer edib. 20 yaşlı hücumçunun keçidi üçün qarşı tərəfə 30 milyon avro ödənilib. Gənc forvardla 5 illik müqavilə imzalanıb.

 

Martines "Rasinq"də 55 oyuna 25 qol vurub, 5 assist edib. Gələcəyin ulduzu Argentina millisinin heyətində bir oyun keçirib. Lakin o, millinin mundiala aparılan heyətində yer almayıb.

 

Qeyd edək ki, "İnter" daha öncə "Yuventus"dan ayrılan qanalı Kvadvo Asamoanı da rənglərinə bağlayıb.

Xəbər xətti