Marius Şumuditsa: "Neftçi"nin təklifinə rədd cavabı verməmişəm"

11:02 - 1 İyun 2018

Tərlan Əhmədovla yolları ayıran "Neftçi" bu vəzifəyə yeni baş məşqçi axtarır.

 

Sportal.az xəbər verir ki, bir meçə gün əvvəl "Neftçi"dən təklif aldığını açıqlayan məşhur rumıniyalı çalışdırıcı Marius Şumuditsa "ağ-qaralar"ı rədd etmədiyini deyib. Son olaraq "Kayserispor"da işləyən 47 yaşlı mütəxəssis sabah danışıqlar aparacağını deyib:

 

"Neftçi"nin təklifinə rədd cavabı verməmişəm. Sabah Buxarestdə onlarla görüşüm olacaq. Onların tələbləri mənim üçün önəmlidir. Azərbaycanda böhrandır və paytaxt Bakı sensasiyalı şəhərdir. Texniki heyətimdə dörd nəfər var və onlarla yolları ayırmaq istəmirəm. Onların da büdcəsi yoxdur".

 

Qeyd edək ki, Şumuditsanın rəhbərliyi altında "Kayserispor" Super Liqada 9-cu yeri tutumuşdu.

Xəbər xətti