Niko Kovaç "Bavariya"da islahatlar aparacaq

"Bavariya"da Yupp Haynkesin yerinə baş məşqçi postuna gətirilmiş Niko Kovaç rəhbərliyə təqdim etdiyi raportda heyətdə ciddi dəyişikliklər edəcəyini qeyd edib.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Arturo Vidal, Xuan Bernat, Tyaqo Alkantara və Jerom Boatenqin göndərilməsini istəyir. Almaniya mətbuatının məlumatına görə, mütəxəssis bu dörd futbolçu ilə yanaşı, daha bir neçə oyunçunun komandada görmək istəmir.

 

Vidalla "Mançester Yunayted"lə "Çelsi" maraqlanırlar. Tyaqo Alkantaranı isə yetirməsi olduğu "Barselona" geri qaytarmaq istəyir. Boatenqin taleyinə isə dünya çempionatından sonra aydınlıq gələcək.

Tarix: 3 İyun [17:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 İyun 2018
23  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio