Maksim Medvedev: "Həmin səhvləri etmədik"

00:39 - 10 İyun 2018

“Qazaxıstan məğlubiyyəti bizim üçün dərs oldu. Həmin səhvləri etmədik".

 

Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın futbolçusu Maksim Medvedev deyib. Müdafiəçi millimizin heyətində Latviyaya qarşı keçirdikləri yoldaşlıq matçı haqda danışıb. O, son ana qədər mübarizə apardıqlarını bildirib:

 

"Canımızı qoyduq. Sona qədər vuruşduq və ən əsası, qolları vura bildik”.

 

Qeyd edək ki, millimiz Latviyanı 3:1 hesabı ilə məğlub edib.  

Xəbər xətti