"Qarabağ"ın fransalı futbolçu ilə bağladığı müqavilənin şərtləri bəlli oldu

15:05 - 26 İyun 2018

"Lans" klubu Abdellah Zoubirin "Qarabağ"a transfer olduğunu rəsmən açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Fransa təmsilçisi Zoubirin Ağdam klubu ilə 2 illik müqavilə bağladığını qeyd edib. 26 yaşlı Mərakeş əsilli fransalı hücumameyilli yarımmdüfiəçinin transfer qiyməti açıqlanmayıb. Lakin Fransa mətbuatı bu keçidin "Qarabağ"a 1 milyon avroya başa gəldiyini yazıb.

 

Qeyd edək ki, Zoubir karyerası ərzində "Qrenobl", "İstra", "Hibernian" və "Petrolul" kimi komandalarda çıxış edib.

Xəbər xətti