Uilşir London klubundan imtina etdi

18:54 - 26 İyun 2018

"Arsenal"ın akademiyasında yetişən və 17 ildən sonra klubdan ayrılan Cek Uilşirə təkliflər yağış kimi yağır.

 

Sportal.az xəbər verir ki, Manuel Pelleqrinini baş məşqçi postuna gətirən "Vest Hem" 26 yaşlı futbolçuya rəsmi təklif göndərib. Lakin bu müqavilənin 1 illik olması Uilşirin digər təkliflərə baxmağa vadar edib. İngiltərə millisinin üzvü "Vest Hem"in təklifinə müsbət yanaşmır və uzunmüddətli saziş istəyir. 

 

Cek Uilşirlə "Yuventus", "Liverpul", "Fənərbaxça", "Beşiktaş" və İngiltərə Premyer Liqasının digər iddialı təmsilçiləri maraqlanırlar.

Xəbər xətti