"Qarabağ" Azərbaycanın reytinq xalını zənginləşdirdi

11:55 - 19 İyul 2018

Avrokubokların birinci təsnifat mərhələsində ötən gün keçirilən oyunlardan sonra UEFA-nın reytinq cədvəlində müəyyən dəyişikliklər baş verib.

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Sloveniyanın "Olimpiya" klubu ilə heç-heçə edən "Qarabağ" Azərbaycanın aktivinə 0,125 xal yazdırıb. Ölkəmiz 23-cü pillədəki mövqeyini dəyişməyib. 17,250 xalı olan Azərbaycanı 16,750 xalla İsrail izləyir. 22-ci pillədə olan Serbiyanın da 17,250 xalı var.

Xəbər xətti