"Xan Lənkəran" I Diviziona buraxılmadı

13:13 - 24 İyul 2018

Lənkəranda yeni yaradılmış “Xan Lənkəran” futbol klubu I Divizionda çıxış etməyəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib. O, açıqlamasında ötən mövsüm I Divizionda çıxış edəcək komandaların yarışda qalacaqlarını deyib. Məmmədov yeni yaranan klubların isə 2-3 il Region Liqasında oynamaları olduğunu vurğulayıb.

 

Qeyd edək ki, yeni yaradılan "Xan Lənkəran" I Divizionda oynamaq üçün müraciət etmişdi.

Xəbər xətti