Qurban Qurbanov: "Meydana çıxanda bunları göstərməməyə çalışacağıq"

00:15 - 25 İyul 2018

“Qarabağ” sabah UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında Albaniyada "Kukesi"nin qonağı olacaq.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini klubun rəsmi saytına bildirib: "Kukesi" futbolçularının mətbuata açıqlamalarına nəzər yetirsək, onların inamlı danışdıqlarını görərik. Bu da onların meydana qələbə üçün çıxacaqlarını göstərir. Rəqibi yaxşı analiz etmişik. Səhvsiz oynamağa çalışacağıq. Heyətlə bağlı bir neçə problemimiz var, amma meydana çıxanda bunları göstərməməyə çalışacağıq. Səfərdən maksimum sərfəli nəticəyla qayıtmaq üçün meydana çıxacağıq".

 

Qeyd edək ki, oyun sabah Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Xəbər xətti