“Sumqayıt” “Neftçi” ilə oyuna itki ilə hazırlaşır

Topaz Premyer Liqasının 1-ci turunda “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” həmin oyuna hazırlığı davam etdirir.

 

Sportal.az xəbər verir ki, komanda bu gün saat 10:00-da Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda növbəti məşqini keçirib. Yüngül zədəsi olan Əfran İsmayılov məşqdə iştirak etməyib. Təxminən 1.5 saat davam edən hazırlıq prosesi əsasən toplu çalışmalar və taktiki gedişlər üzərində baş tutub.

 

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” qarşılaşması avqustun 11-də keçiriləcək.

Tarix: 3 Avqust [15:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Mart 2019
22  Mart 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio