Azərbaycan UEFA-nın reytinqində gerilədi

10:23 - 10 Avqust 2018

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, APOEL-lə heç-heçə edən "Hapoel" İsrailin reytinq xalını 18,125-ə yüksəldib. İsrail əlavə göstəricilərə görə 24-cü pilləyə yüksəlib və ölkəmizi geridə qoyub. Azərbaycan 18,125 xalla 25-ci sırada qərarlaşıb.

 

Qeyd edək ki, Azərbaycandan 1 pillə geridə olan Qazaxıstanın isə 17,500 xalı var.

Xəbər xətti