Rahid Əmirquliyev: "Heç kim deyə bilməz ki, ideal formadayam" MÜSAHİBƏ

22:08 - 18 Avqust 2018

"Səbail"in yarımmüdafiəçisi Rahid Əmirquliyev Topaz Premyer Liqasının II turunda "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, Əmirquliyev öncə oyun haqda danışıb:

 
- İstəməzdik ki, mövsümə belə başlayaq. Qəbələdən xalla qayıtmağı, ev matçımızda uduzmamağı istəyirdik. Hər iki oyunumuz çempionluğa namizəd olan iki komandaya qarşı oldu. Evdə ən azı uduzmaya bilərdik. “Qəbələ” ilə görüşdə yaxşı epizodlarımız olmuşdu. Bu matçda da şanslarımız çox oldu. “Qarabağ” səhvləri bağışlamayan komandadır. Çalışacağıq ki, səhvləri aradan qaldıraq və növbəti matçlarda inamlı çıxış edək.
 
- Bu mövsüm ümidiniz nəyədir?
- Komandaya yaxşı transferlər oldu. Hədəfimiz Avropa Liqasına vəsiqə qazanmaqdır. Ama iki oyundan sonra 6 xal itirdik. Amma bu rəqiblərimiz çempionluğa oyanayan komandalardır. Düzdür, bu göüşlərdə xallar qazana bilərdik. Çalışacağıq ki, 3-cü turda bu vəziyyəti düzəldək.
 
- Adından söz etdirmiş futbolçusan. “Səbail” sənə güvənərək, transfer edib. Keşmiş formanı qaytarmaq üçün nə qədər vaxt lazımdır?
- Son zamanlar az oynayırdım. Futbolçu az oynayanda formada ola bilməz. Çempionat yeni başlayıb. Heç kim deyə bilməz ki, ideal formadayam. Turdan-tura formaya düşəcəyik.
 
- 3-cü turdan sonra milli komandanın heyəti açıqlanacaq. Özünü o heyətdə görürsən?
- Bunu Qurban Qurbanova sual versəz, yaxşı olar. Çalışıram ki, komandaya kömək edim və formam bərpa olsun.
 
- Özünü milliyə layiq görürsən?
- İdeal formada olduğumu demirəm. Amma baş məşqçidən asılıdır.
 
- Millimizi Kosovo, Malta və Farer adaları ilə Millətlər Liqasında oyunlar gözləyir. Rəqiblərlə maraqlanmısan?
- Oyunlarına baxmışam. Kosovo yaxşı komandadır. Ağır oyunlar olacaq. Hamı düşünür ki, Kosovo asan rəqibdir, amma belə deyil.
 
- Kosovo ilə Bakıdakı oyunda heç olmasa, bir xala ümid edə bilərik?
- Evdə oynayacağıq. Ümid 3 xal olmalıdır. Hamı əlindən gələni edəcək ki, 3 xal qazanaq.

Xəbər xətti