"Barselona"nın yetirməsi "Qarabağ"dan imtina etdi - Belçika klubuna keçdi

Belçikanın "Gent" klubunun hücumçusu Mamadu Silla Diallo Azərbayacana gəlməkdən imtina edib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı forvard özü bu barədə məlumat verib. 24 yaşlı hücumçu onun xidmətində "Qarabağ"ın maraqlı olduğunu açıqlayıb. Lakin Diallo "Qarabağ"la yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı və Avropanın ortabab klublarını rədd etdiyini deyib. Mamadu Belçikanın digər təmsilçisi "Zulte Vareqem"ə transfer olub.

 

Qeyd edək ki, hücumçu "Barselona"nın yetirməsidir. O, peşəkar karyerasına "Espanyol"da başlayıb. Silla "Rasinq" və "Eypen" klublarında da çıxışb edib.

Tarix: 21 Avqust [14:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 İyun 2019
15  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio