"Astana"nın futbolçusu millimizə dəvət aldı

14:21 - 22 Avqust 2018

“Astana”nın yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan milli komandasına dəvət alıb.

 

Sportal.az xəbər verir ki, Braziliya əsilli futbolçu Millətlər Liqasında Kosovo və Malta ilə oyunlar üçün çağırılıb.

 

Qeyd edək ki, millimiz sentyabrın 7-də Bakıda Kosovonu qəbul edəcək. Komandamız 3 gün sonra isə səfərdə Maltanın qonağı olacaq.

Xəbər xətti