Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün iki yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi ilk olaraq Çexiyanın "Siqma" klubu ilə qarşılaşıb. Ağdam klubu görüşdə 1:3 hesabı ilə uduzub. Komandanın yeganə qolunu Musa Qurbanlı vurub.
"Qarabağ" ikinci oyununda Polşa təmsilçisi “Visla” (Plok) ilə üz-üzə gəlib və 2:3 hesabı ilə uduzub.
“Qarabağ” daha öncə Antalyadakı yoxlama oyunlarında Rumıniyanın “Akademika Klinçeni” klubuyla 2:2 hesabıyla bərabərə qalıb, Qazaxıstan “Jetısu”sunu isə minimal hesabla məğlub edib -1:0.
12:30 "Qarabağ" – "Siqma" (Çexiya) - 1:3
Qol: Musa Qurbanlı, 59
"Qarabağ": 13. Vaqner Silva, 7. Araz Abdullayev, 21. Hacıağa Hacılı, 19. Filip Ozobiç, 23. Faysal Rerras, 24. Nihad Tamazov, 29. Musa Qurbanlı, 30 Abbas Hüseynov, 66. Cavid Bayramov, 71. Toral Bayramov, 99. Maqaye Qeye
18:30 "Qarabağ" – "Visla" (Plok, Polşa) 2:3
Qollar: Mahir Emreli, 18 (pen.), Xayme Romero, 52
"Qarabağ": 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov.
saytlarin hazirlanmasi