"Qarabağ" və Ovusu onları nə gözlədiyini hələ bilmir" - İspan baş məşqçidən xəbərdarlıq

12:15 - 25 Yanvar 2020

İspaniyanın "Kordoba" klubunun baş məşqçisi Raul Ayne Kvabena Ovusunun "Qarabağ"a transfer olmasından danışıb.

 

Sportal.az "Diario De Cordoba" nəşrinə istinadən xəbər verir ki, ispan mütəxəssis qanalı hücumçunun doğru hərəkət etməməkdə günahlandırıb:

 

"Ovusu komandadan qaçdı. Bizim komandada oynamaq istəmirdi. Mən də belə oyunçunu sərəncamımda istəmirəm. Sevinirəm ki, indi bizimlə deyil. Bizə dedi ki, bir komanda daha çox pul verir, bu şansı qaçırmaq istəmirəm. Başa düşmək lazımdır ki, sizə pul verən bir klub var və bu, hər şeydən üstündür. "Qarabağ" və Ovusu onları nə gözlədiyini hələ bilmirlər. Ovusu komandadan gedəndə bizə məlumat verməyib. "Vilyarrubia" ilə oyundan sonra mənə nəsə deyəcəyini gözlədim, amma susdu. Bir gün sonra isə məşqə çıxmadı. Belə hərəkət etməsinin səbəbini bilmirəm, amma düzgün addım deyil".

 

"Qarabağ"la Ovusunu İspaniya La Liqa təmsilçisi "Leqanes"dən transfer edib. 22 yaşlı hücumçu mövsümün ilk yarısını icarə əsasında "Kordoba"da keçirib. Onun "Kordoba" ilə müqaviləsi mövsümün sonuna qədər idi.

Xəbər xətti