"Qarabağ"ın transfer etmək istədiyi daha bir futbolçunun adı müəyyənləşib.
Sportal.az "Di Marzio"ya istinadən xəbər verir ki, Ağdam klubu İtaliyanın B Seriyasında çıxış edən "Çittadella"nın futbolçusu Cüzeppe Paniko ilə maraqlanır. 22 yaşlı hücumçunu B Seriyasının bir neçə klubu da transfer etmək istəyir.
Paniko İtaliyanın U-17, U-18, U-19 və U-20 yığmalarında oynayıb. "Cenoa"nın yetirməsi 2018-ci ildən "Çittadella"da çıxış edir.
saytlarin hazirlanmasi