AFFA-nın növbəti konfrans iclası keçirilir.
Sportal.az xəbər verir ki, AFFA-nın prezidenti postuna yeganə namizəd olan hazırkı rəhbər Rövnəq Abdullayev 2019-cu ildə millinin uğursuz çıxış etdiyini deyib:
“Milli uğurlu çıxış etmədi. Millətlər Liqasındakı çıxışımız alınmadı. Zəiflər qrupundan çıxa bilmədik. Yoxsa, bu il Bakıda da keçiriləcək Avropa çempionatının final oyunlarında iştirak edə bilərdik. AÇ-2020-nin seçmə mərhələsində də nəticəmiz çox aşağı oldu. Cəmi 1 xal topladıq. Ümumiyyətlə, ürəkaçan heç nə olmadı. Əvəzində, klub yarışında uğur oldu. “Qarabağ” növbəti dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı”.
Abdullayev Şamaxıda yeni stadion tikiləcəyini bildirib:
"Bir çox stadionlarda dəyişiklik olub. Stadionların əksəriyyəti təbii ot örtüyünə keçib. Şamaxı şəhərində yeni stadion tikilməsi nəzərdə tutulub".
saytlarin hazirlanmasi