"Fənərbaxça" heyətinə yeni oyunçu qatıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi İspaniyanın "Las Palmas" klubunun müdafiəçisi Maurisio Lemosu rənglərinə bağlayıb. Uruqvaylı futbolçu ilə 3 illik razılıq əldə edilib.
"Fənərbaxça"nın 24 yaşlı futbolçunun transferi üçün 2,5 milyon avro təzminat ödəyəcəyi gözlənilir. Uruqvay millisinin üzvü ötən mövsüm keçirdiyi 27 oyunda 1 qol vurub.
saytlarin hazirlanmasi