Tailandın III Liqa klubu azərbaycanlı futbolçu ilə anlaşdı

13:03 - 15 Dekabr 2020

Azərbaycanlı futbolçu Məmməd Quliyev Tailandda klubunu dəyişib.

 

Sportal.az xəbər verir ki, "Kamfenqfet"lə müqaviləsi başa çatan yarımmüdafiəçi bundan sonra karyerasını digər III Liqa klubu "Kasem Bundit"də davam etdirəcək.

 

Məmməd bu ilin əvvəlindən Tailandda oynayır. O, Azərbaycanda "Rəvan", "Keşlə" və "Şüvəlan"ın formasını geyinib (sportinfo.az).

Xəbər xətti