"Biz bu qərarla razılaşa bilmərik və artıq şikayət hüququndan istifadə etmişik".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib.
Məlum olduğu kimi, UEFA Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu ömürlük futboldan uzaqlaşdırıb.
O, Dağlıq Qarabağ müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb. Qurum eyni zamanda Ağdam təmsilçisini 100 min avro məbləğində cərimələyib.
"Qarabağ"ın bir nömrəli idarəçisi bu qərarın kifayət qədər ağır olduğunu hesab edir: "Həm Nurlan İbrahimova, həm də klubumuza kəsilən cəza çox ağırdır.
Biz bu cür qərar gözləmirdik. Ona görə də çox məyusuq. Məsələyə yenidən baxılması və qərarın dəyişdirilməsi üçün kifayət qədər ciddi əsaslarımız var.
UEFA-ya öz fikirlərimizi bildirmişik və indi ədalətli qərar gözləyirik" (Sportinfo.az).
saytlarin hazirlanmasi