17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin keçmiş üzvü Eldar Tağızadə Fransanın “Klermon” klubuna transfer olunub.
Sportal.az xəbər verir ki, 18 yaşlı qapıçı yeni klubu ilə 2024-cü ilədək müqavilə imzalayıb. Bu, onun ilk peşəkar sözləşməsidir. O, “Klermon”un ikinci və U-19 komandasında çıxış edəcək.
Tağızadə 1 ilə yaxındır Liqa 2 təmsilçisinin düşərgəsində məşq edirdi.
Qapıçı Azərbaycanda “Neftçi”nin heyətində AFFA-nın uşaq liqalarında mübarizə aparıb. O, son olaraq İspaniyada “Fundacion Marcet” futbol akademiyasında oynayıb.
saytlarin hazirlanmasi