"Qarabağ"ın keçmiş futbolçusunun psixologiyası pozulub

16:55 - 13 Yanvar 2021

"Qarabağ"ın keçmiş futbolçusu, hazırda Rumıniyanın "Dinamo" klubunda oynayan Maqaye Qeyenin psixologiyası pozulub.

 

Sportal.az GSP nəşrinə istinadla xəbər verir ki, seneqallı hücumçu klubda hələ maaş ala bilmir. Buxarest təmsilçisində ayda 25 min avro qazanmalı olan 30 yaşlı futbolçu meydanlara çıxmaq istəmir və zədəli olduğunu bəhanə edir.

 

Qeye 2020-ci ilin oktyabrında "Dinamo"ya keçib. Təcrünəli hücumçu ötən mövsüm "Qarabağ"da keçirdiyi 28 oyunda 8 qol vurub. 30 yaşlı futbolçu "Strasburq", "Everton", "Brest", "Milluol", "Adanaspor" və "Osmanlıspor" klublarında da oynayıb.

Xəbər xətti