Libertadores kubokunda ikinci finalçı müəyyənləşib.
Sportal.az xəbər verir ki, yarımfinalda Argentinanın “Boka Xuniors” klubu ilə Braziliya təmsilçisi “Santos” qarşılaşıb. Cavab matçında rəqibini 3:0 hesabı ilə məğlub edən “Santos” finala vəsiqə qazanıb.
Tərəflərin ilk oyununda hesab açılmamışdı.
“Santos” finalda Braziliyanın digər klubu “Palmeyras”la qarşılaşacaq. Oyun yanvarın 30-da keçiriləcək.
saytlarin hazirlanmasi