“Qarabağ”ın futbolçusu Mahir Emreli Polşanın "Zaqlebye" klubunun transfer hədəfindədir.
Sportal.az mkszaglebie.pl saytına istinadla xəbər verir ki, klub hücum xəttində olan boşluğu azərbaycanlı oyunçu ilə doldurmaq istəyir. 23 yaşlı futbolçunun tezliklə Ekstraklasa klubunu ziyarət edə biləcəyi xəbərdə qeyd edilib.
Mahir bu mövsüm keçirdiyi 16 oyunda 9 qol vurub, 2 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi