UEFA “Qarabağ”ın hesabına pul köçürdü

12:22 - 19 Yanvar 2021

UEFA növbəti dəfə “Qarabağ”ın hesabına maliyyə vəsaiti köçürüb.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində çıxışı zamanı heç-heçə nəticələnmiş oyun üçün UEFA tərəfindən müəyyənləşdirilmiş bonus vəsait – 190 min avro AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.

 

“Qarabağ” bu mövsüm Avropa Liqasının İ qrupunda “Sivasspor” (Türkiyə), “Vilyarreal” (İspaniya) və “Makkabi” (Təl-Əviv, İsrail) ilə mübarizə aparıb. Ağdam təmsilçisi qrupda 1 xal toplayıb.

Xəbər xətti