"Qarabağ" dünyanın ən yaxşı klubları arasında

13:13 - 19 Yanvar 2021

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı klublarının reytinq siyahısını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 2020-ci ilin yekunlarına əsasən tərtib edilən siyahıda 401 klub yer alıb.  Cədvəldə Azərbaycandan yalnız bir klub – “Qarabağ” yer alıb. Ağdam təmsilçisi 80 xalla 147-ci pillədə qərarlaşıb.

 

147-151-ci yerlərə şərik olan 5 komandanın eyni xalı var. “Qarabağ”ın şərikləri “Sauthempton” (İngiltərə), “Penyarol” (Uruqvay), “Viktoriya” (Çexiya) və “Atletiko Mineyro”dur (Braziliya).

 

Ağdamlılar “Everton”, “Nyukasl” (hər ikisi İngiltərə), MOİK, “Lokomotiv” (hər ikisi Rusiya), “River Pleyt” (Argentina), “Xetafe”, “Selta”, “Valensiya” (hər üçü İspaniya), “Beşiktaş”, “Fənərbaxça” (hər ikisi Türkiyə) kimi klubları qabaqlayır.

 

Reytinq cədvəlinə Almaniyanın “Bayern” (Münhen) klubu 260 xalla başçılıq edir.

Xəbər xətti