“Sabah”ın Niderlandın “Telstar” klubuna icarəyə verdiyi Ozan Can Kökçü açıqlama verib.
Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi keçidi barədə danışıb:
“Yenidən Niderlanda qayıtdığım üçün sevinirəm. “Telstar” əla futbol oynayır. Keyfiyyətli komandaya gəlmişəm. Əvvəllər də Niderlandda oynadığım üçün bu komandanı yaxşı tanıyıram. Burada yaxşı 6 ay keçirəcəm. Düşünürəm ki, burada oynamaq mənə müsbət təsir edəcək. Çempionatın səviyyəsi yüksəkdir və bu, mənim inkişafıma kömək edəcək”.
“Sabah” Ozanı “Telstar”a mövsümün sonunadək icarəyə verib.
saytlarin hazirlanmasi