Bakı ev sahibliyindən məhrum edilir? - UEFA-nın yeni planı

13:13 - 21 Yanvar 2021

UEFA AÇ-2020 ilə bağlı yeni qərar verə bilər.

 

Sportal.az xəbər verir ki, qitənin ali qurumu turniri bir ölkədə keçirməyi düşünür. Bu barədə Almaniyanın "Bayern" klubunun idarə heyətinin sədri Karl-Hayns Rummenigge məlumat verib:

 

"Koronavirus pandemiyası ilə bağlı vəziyyətə çox ciddi yanaşan Aleksandr Çeferinin Avropa çempionatına bir ölkənin ev sahibliyi etməsinin daha doğru olub-olmadığı ilə maraqlandığını bilirəm. Unutmamalıyıq ki, turnirin bir neçə ölkədə keçirilməsi ideyası pandemiyadan əvvəl yaranıb".

 

AÇ-2020 keçən ilin yayında keçirilməli olsa da, pandemiya səbəbiylə təxirə salınıb. Turnirin bu ilin 11 iyun-11 iyul aralığında 12 müxtəlif şəhərdə keçirilməsi planlaşdırılır. Bu şəhərlər arasında Bakı da var.

Xəbər xətti