“Sabah”ın “Telstar”a icarəyə verdiyi Ozan Can Kökçü yeni klubunda debüt edib.
Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Niderland 2-ci liqasının 21-ci turunda “Alkmaar”ın gənclərdən ibarət komandasına qarşı keçirilən görüşdə meydana çıxıb.
Ozan 67-ci dəqiqədə meydana daxil olub və sona qədər oynayıb. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
“Telstar” 32 xalla 8-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi