UEFA-dan "Qarabağ"a rədd cavabı

10:50 - 29 Yanvar 2021

UEFA "Qarabağ"ın sabiq mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı apellyasiya şikayətinə baxıb.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin müraciəti rədd edilib. UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin noyabrın 25-dəki qərarı təsdiqlənib.

 

UEFA Vətən müharibəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. "Qarabağ" isə 100 min avro məbləğində cərimələnib.

 

Nurlan İbrahimovla bağlı İdman Arbitraj Məhkəməsinə də müraciət olunub.

Xəbər xətti