Türkiyənin "Dənizlispor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Hakan Kutlu çalışdıracaq. 49 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, bu vəzifədə Yalçın Koşukavakı əvəz edib.
Hakan Kutlunun son iş yeri "Girəsunspor" olub.
"Dənizlispor" Super Liqada keçirdiyi 20 oyundan sonra topladığı 14 xalla turnir cədvəlinin sonuncu - 21-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi