"Qarabağ"ın 2017-ci ildə Türkiyənin "Alanyaspor" klubundan transfer etdiyi Donald Geryenin keçidi üçün ödədiyi təzminat məlum olub.
Sportal.az "Milliyet"ə istinadla xəbər verir ki, Ağdam klubu haitili cinah futbolçusu üçün Super Liqa təmsilçisinə 800 min avro təzminat ödəyib.
"Alanyaspor"un ən bahalı satışı isə İtaliyanın "Sassuolo" klubuna 8 milyon avro qarşılığında keçən Merih Demiraldır. Alanya klubu Anastasios Bakasetası "Trabzonspor"a 3,5 milyon avroya, Əmrə Akbabanı "Qalatasaray"a 4 milyon avroya, Vaqner Lavı "Beşiktaş"a 3 milyon avroya, Lukas Vilyavanyesi Meksika təmsilçisi "Moreliya"na 1,6 milyon avroya satıb.
Geryenin "Qarabağ"la müqaviləsi mövsümün sonunda başa çatır. 31 yaşlı futbolçu bu mövsüm keçirdiyi 16 oyunda 6 qol vurub.
saytlarin hazirlanmasi