Viza probleminə görə son bir neçə ayı Azərbaycanda keçirən Fərid Nəbiyevin problemi həll olunub.
Sportal.az xəbər verir ki, 21 yaşlı hücumameyilli futbolçu Çexiyaya qayıdıb. "Viktoriya Jijkov"un futbolçusu dünən axşam saatlarında sözügedən ölkəyə yollanıb. Fərid bu gün səhər məşqində iştirak edib.
U-21 millisinin futbolçusu Azərbaycanda olduğu müddətdə xüsusi məşqçi ilə formasını qoruyub.
"Viktoriya" çempionatda növbəti matçını fevralın 6-da "Vlaşim"ə qarşı keçirəcək.
saytlarin hazirlanmasi